Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

post-img

Sentyabrın 12-si saat 09:45-dən 10:00-dək Ermənistan silahlı qüvvələ­rinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yer­ləşən mövqelərindən Azərbaycan Or­dusunun Naxçıvan Muxtar Respubli­kasının Sədərək rayonunun Sədərək yaşayış məntəqəsi istiqamətində yer­ləşən mövqelərini müxtəlif çaplı atıcı si­lahlardan bir neçə dəfə atəşə tutub.

Həmin gün saat 11:25 radələrində Ordumuzun Şərur rayonunun Havuş ya­şayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən bölmələri tərəfindən atı­cı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən XQ-yə bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə ca­vab tədbirləri görülüb.

XQ

Son xəbərlər