İqtisadi Şuranın növbəti iclası

post-img

Sentyabrın 12-də İqtisadi Şuranın növbəti iclası keçirilib. 

Nazirlər Kabinetinin mətbuat xid­mətindən XQ-yə bildiriblər ki, Azər­baycan Respublikası İqtisadi Şura­sının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəli­yində Azərbaycan Respublikası Pre­zidentinin 2024-cü il və ortamüddətli dövr üçün müəyyən etdiyi prioritetlə­rin və hədəflərin əsasında hazırlanan 2024-cü və sonrakı üç il üzrə icmal və dövlət büdcələrinin proqnoz göstəricilə­ri, büdcə proqnozlarında istifadə olu­nan əsas fərziyyələr, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, 2024-2027-ci illərdə büdcə siyasə­ti, milli xərc prioritetləri, Böyük Qayı­dış Proqramının maliyyələşdirilməsi, Ortamüddətli Xərclər Çərçivəsinin pa­rametrləri, ortamüddətli dövr üçün so­sial-iqtisadi inkişaf proqnozları və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şəri­fovun və əmək və əhalinin sosial müda­fiəsi naziri Sahil Babayevin məruzələri dinlənilib. 

İclasın yekununda 2024-cü ilin bü­dcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respubli­kasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Na­zirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tap­şırıqlar verilib.

Son xəbərlər