Milli Məclisin Sədri Bolqarıstanda

post-img

Bolqarıstanda rəsmi səfərdə olan Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olub. Ona mərkəzin fəaliyyəti haqqında geniş məlumat verilib. 

Milli Məclisin Mətbuat və ictima­iyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentin Sədri, mərkəzə Azərbaycan xalqının ümum­milli lideri, müstəqil Azərbaycan dövləti­nin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubile­yi münasibətilə Milli Məclis tərəfindən nəşr olunmuş kitabları hədiyyə edib. O, mərkəz əməkdaşlarına və tədbir iştirakçılarına ulu öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətləri haqqında geniş məlumat verib. Həmçinin mərkəzə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabı təqdim edərək, Ermənistanın 30 illik işğalı zamanı ərazilərimizdə, şəhər və rayonlarımızda törətdiyi dağıntılar, vəh­şiliklər barədə məlumat verib.

Sahibə xanım daha sonra Azərbay­can dilini öyrənən bolqar tələbələrlə gö­rüşüb və xatirə kitabını imzalayıb.

***

Həmin gün S. Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Sofiya şəhərində yerləşən Bakı küçəsinə gəlib və ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib.

Ə.BƏDƏLOV
XQ



Son xəbərlər