Ermənistan parlamentinin üzvü: Rusiyaya qarşı demarşın ciddi nəticələri ola bilər

post-img

Ola bilər ki, ikitərəfli münasibətlərdə problemlər yaransın, gözləntilərin yerinə yetirilməməsi ola bilər, amma Ermənistanın regionun bir nömrəli oyunçusuna, yəni Rusiyaya qarşı belə demarş etməsi ağır nəticələr verə bilər. Bunu sentyabrın 11-də jurnalistlərlə söhbətində müxalifətdən olan deputat, Ermənistan Respublika partiyasının üzvü Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, "44 günlük müharibədən sonra Türkiyə nəinki Dağlıq Qarabağ və Ermənistanla bağlı danışıqlar prosesinə müdaxilə etməyə, həm də Cənubi Qafqaz regionunda Rusiya üzərində müəyyən üstünlük əldə etməyə çalışıb". “Türkiyənin Ermənistanın dəvəti ilə danışıqlar prosesində iştirak etməsi və müəyyən rol almağa çalışması çox təhlükəlidir”, - deyə deputat vurğulayıb.

XQ

Son xəbərlər