Zəlzələdən sonra müraciət edənlərin sayı 200-ə çatıb

post-img

Kürdəmirdə baş verən 5,2 maqnitudalı zəlzələ zamanı rayon Fövqəladə Hallar Komissiyasına ötən gecədən bu saatlara qədər 200-dən çox müraciət daxil olub. Bu sayın artacağı da istisna edilmir. Ciddi dağıntı və tələfat yoxdur.

Bunu jurnalistlərə açıqlamasında Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının sədri Ağali Kərimli bildi­rib.

O qeyd edib ki, rayon mərkəzi də daxil olmaqla, kənd­lərdə ümumilikdə 100-dən çox evdə xırda çatların olma­sı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən qeydə alınıb. “Çatların qeydə alındığı evlərin əksəriyyəti köhnə evlərdir. Hazırda komissiya öz işini davam etdirir. Əgər zəlzələ nəticəsində evləri yararsız və qəzalı vəziyyətə düş­müş sakinlər olarsa, dərhal onlarla bağlı müvafiq tədbirlər görüləcək”, – deyə komissiya sədri əlavə edib.

Xatırladaq ki, ötən gün yerli vaxtla saat 20:38-də Kür­dəmirdə 5,2 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Ağdam, Qəbələ, İsmayıllı, Ağsu ,Ucar, Göyçay, Bərdə, Ağdaş, Zər­dab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəli­labad rayonlarında 4-3 bala qədər hiss olunub.

XQ

Son xəbərlər