Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən ərzaq yükü 6 gündür Ağdam-Xankəndi yolunda gözləyir

post-img

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən və içərisində 40 ton un olan iki yük maşını artıq 6 gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyiblər.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yükün erməni əsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Son xəbərlər