Ermənistan silahlı qüvvələrinə məxsus zərbə PUA-sı ələ keçirilib - VİDEO

post-img

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XQ-ə bildiriblər ki, bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib.


Son xəbərlər