Terrorizm Ermənistanın rəsmi dövlət siyasətidir

post-img

Bu dəfə dünya növbəti erməni vəhşiliyinə və  həyasızlığına Livanda şahidlik etdi. Belə ki, ötən gün ölkəmizin Beyrutdakı səfirliyinə edilən hücum heç də təsadüfi deyil. 

Əminliklə qeyd edim ki, bu, məqsədli şəkildə Ermənistan və onun havadarları tərəfindən hazırlanmış terror aktıdır.    

Erməniəsilli şəxslərin diplomatik korpusumuzun inzibati binasına basqını,  hasara endirilən zərbələrin, partlayıcı  şüşələrin səfirliyimizə atılmasının başqa bir adı varmı?  Oxşar ssenari ilə Fransada, Livanda səfirliyimizin hədəf götürülməsi  insanlıq və beynəlxalq hüquq normaları baxımından da qəbuledilməzdir. Amma təəssüf ki, dünya və xüsusilə Qərb ölkələri bu vəhşiliyin üzərindən sükutla keçir, heç nə olmayıbmış kimi səssizlik nümayiş etdirirlər. Malıbəyli, Qaradağlı, Xocalı və ermənilərin xalqımıza qarşı törətdikləri digər qanlı faciələrdə olduğu kimi. 

Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.

Deputat daha sonra qeyd edib ki, Azərbaycan Xankəndidə yaşayan erməni sakinlərinə ərzaq dolu yük maşınları göndərir, Ermənistan isə Livandakı səfirliyimizə qarşı  xain hücum planı hazırlayır. Azərbaycan qarşı tərəfə barış əlini uzadır, humanitar yol açır, ermənilər isə bu yoldan öz çirkin məqsədləri üçün silah daşımaqla istifadə edirlər. Bunun yolverilməz olduğunu bəyan edəndə Azərbaycan “humanitar fəlakət” də ittiham olunur. Ermənistanın gerçək mahiyyəti budur. 

Livanda Azərbaycan səfirliyinə qarşı təşkil olunan terror hadisəsinin müəllifi də Ermənistandır və həmin aksiya rəsmi İrəvan tərəfindən hazırlanaraq həyata keçirilib. Bu, terrorizmin Ermənistanın rəsmi dövlət siyasəti olduğunu bir daha təsdiq edir.

Son xəbərlər