Paytaxtda şimşək çaxacaq, leysan yağacaq

post-img

Avqustun 29-u axşamdan 30-u səhərədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyinin sürətinin saniyədə 15-18 metr olacağı, gecəyə doğru arabir 20-23 metrədək güclənəcəyi ehtimal edilir.

Havanın temperaturunun gecə 19-23°, gündüz 24-28° isti olacağı gözlənilir.

Son xəbərlər