Hərbi attaşelərə pilotsuz uçuş aparatlarımız göstərilib

post-img

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Nazirlikdən “XQ”yə verilən məlumata görə, iyirmi iki döv­lətin hərbi attaşelik aparatının nümayəndələrinə hərbi hissə­nin əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub, Vətən müharibəsi zamanı PUA-ların tətbiqi ilə bağlı vide­oçarxlar nümayiş etdirilib, son­ra onları maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində qonaq­lara Azərbaycan Ordusunun arsenalında yer alan bəzi pi­lotsuz uçuş aparatları əyani olaraq göstərilib, onların takti­ki-texniki xüsusiyyətləri barədə məlumat verilib.

“Xalq qəzeti”

Son xəbərlər