“4Sİ Akademiyası” 10 min adama 700 təlim keçəcək

post-img

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-ın “Coursera” şirkəti ilə birgə yaradılan “4Sİ Akademiyası” layihəsi çərçivəsində keçiriləcək təlimlərə qeydiyyat başlanıb.

Təhsilin İnkişafı Fondundan bildiri­lib ki, sentyabrın 7-dək qeydiyyatdan keçməklə ilk müraciət edən 10 minə yaxın şəxs Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını 700-dən çox pulsuz təlimlərə qatılmaqla artıra bilə­cək.

Kursları uğurla bitirən şəxslər son­da oxuduqları proqrama uyğun olaraq “Coursera” platforması tərəfindən ser­tifikat ilə təltif olunacaqlar.

“Xalq qəzeti”

Son xəbərlər