Ontario parlamentinin üzvü Torontodakı Azərbaycan Evinin fəaliyyəti ilə tanış olub

post-img

Kanadanın Ontario Qanunvericilik Assambleyasının deputatı Sten Ço Toronto şəhərindəki Azərbaycan Evinin fəaliyyəti ilə tanış olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, görüş zamanı icmamızın dostu və dəstəkçisi olan qonağa Azərbaycan tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirən guşələr və burada keçirilən tədbirlərlə bağlı ətraflı məlumat verilib.

Qonağı maraqlandıran sualları məmnunluqla cavablandıran soydaşlarımız onu yenidən Azərbaycan Evində görmək istədiklərini bildiriblər.

Son xəbərlər