Vyanada Ermənistanın Azərbaycan ərazisindəki mina terroruna qarşı etiraz aksiyası təşkil olunub

post-img

Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan İş Adamları və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə Vyanada ATƏT-in katibliyi qarşısında Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terrorizmi və ekoterrora qarşı etiraz aksiyası keçirilib.

Dərnəyin rəhbəri Yardım Günəş çıxış edərək, Ermənistanın onilliklər boyu işğalda saxladığı Azərbaycanın Qarabağ bölgəsində apardığı talanlar, ekoterror və ərazilərin minalarla çirkləndirilməsinə diqqət çəkib. Qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terroru hərbçi və mülki şəxslərin həyatına təhlükə yaratmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına geri qayıtması və bölgədə aparılan bərpa işlərinə əngəl törədir, eləcə də təbiətə zərər vurur.

Aksiya iştirakçıları beynəlxalq qurumları Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmək üçün təzyiq göstərməyə, Azərbaycana qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlərə görə Ermənistanı qınamağa, eləcə də bu cinayətləri törədən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində təcili tədbirlər görməyə çağırıblar.

Tədbir iştirakçıları şəhər sakinlərini Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırıb, onlara broşürlər paylayıblar.

Son xəbərlər