Avstraliyada güneylilərin “Elit mükafatı”

post-img

Avstraliyada Güney azərbay-canlılarını bir araya gətirən “Victora Varliq Group” qeyri-kommersiya mədəniyyət birliyinin təşəbbüsü ilə Azərbaycan Elit Mükafatı təsis olunub.

Diasporla İş üzrə Dövlət Komitə­sindən verilən məlumata görə, birliyin sədri İbrahim Aslan qeyd edib ki, mü­kafat ömrünü xaricdəki Azərbaycan ic­masının inkişaf, innovasiya və mükəm­məlliyinin təşviqinə fədakarcasına, uzaqgörənliklə həsr edən və cəmiyyətə təsiretmə qabiliyyətinə malik görkəmli şəxslərin tanıdılmasına xidmət edir.

Birlik bu yolla Azərbaycanın parlaq və rəngarəng nailiyyətlərini Avstrali­yada və onun hüdudlarından kənarda nümayiş etdirmək, qürbətdə yaşayan görkəmli soydaşlarımızın bilik, yaradı­cılıq və müsbət dəyişikliklərə yorulma­dan can atmalarını təqdim etmək və gələcək nəsilləri öz səylərində yüksək amallara və nəhəngliyə nail olmağa ruhlandırmaq məqsədi daşıyır.

Mükafat elm, ədəbiyyat, mədə­niyyət, iqtisadiyyat, texnologiya, sə­hiyyə və sair sahələrə verilən misilsiz töhfələrə əsasən təqdim ediləcək. Na­mizədlər müvafiq sahələr üzrə ictima­iyyət və nüfuzlu ekspertlər tərəfindən irəli sürülə bilər. Hər kateqoriya üzrə yaradılacaq münsiflər heyəti nomina­siyaları hərtərəfli nəzərdən keçirəcək. 2023-cü il üçün namizədlik prosesi və mükafat kateqoriyaları ilə bağlı ətraflı məlumat birliyin rəsmi sosial şəbəkə səhifəsində, eləcə də müxtəlif KİV-lər­də elan olunacaq.

R.GƏNCƏLİ

Son xəbərlər