Parsabadda su böhranı

post-img

Ərdəbil əyalətinin Parsabad (Muğan) şəhərində əkinçilər etiraz aksiyası keçiriblər. Bu barədə etirazçılar sosial media kanallarında paylaşım ediblər.

Avqustun 16-da Təbii Sərvətlər İdarəsinin qarşısına toplaşan narazı fermerlər suyun kəsilməsi səbəbindən əkin və bağ sahələrinin susuzluqdan quruduğuna etirazlarını bildiriblər. On­lar bundan əvvəl hökumət nümayən­dələri və yerli məsul şəxslərin əkin suyunun veriləcəyi ilə bağlı vədlərinin yalan çıxdığını deyiblər.

Etirazçılar qeyd ediblər ki, əkin su­yuun verilməməsi nəticəsində dəyən zərərin ödənilməsi hakimiyyətin üzə­rinə düşsə də, fermerlərə heç bir vəsait ödənilmir.

H.RƏHİMZADƏ

Son xəbərlər