Beynəlxalq Astronavtika Konqresinə hazırlıq sürətlənib

post-img

“74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ölkəmiz üçün qlobal baxımdan kosmos sahəsində son illərin ən prestijli tədbiridir. Azərbaycan belə bir tədbirə bu il oktyabrın 2–6-da evsahibliyi edəcək. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün dinamik hazırlıq işləri aparılır”. Bu sözlərin davamında “Azərkosmos”un ictimaiyyətlə əlaqələr və kommunikasiya qrupunun rəhbəri Fidan Behbudova bildirib:

–74-cü Beynəlxalq Astronavtika Konqresini məhz Bakıda keçirmək üçün daha öncədən biz bir sıra işlər görmüş­dük. “Azərkosmos” və Beynəlxalq Ast­ronavtika Federasiyasının tərəfdaşlığı ilə keçiriləcək 74-cü Konqres çərçivə­sində konfranslar, 190-dan çox texni­ki sessiya və sərgilər təşkil olunacaq. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və bey­nəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər.

Kosmos sahəsindən olan iri şirkətlər Bakı konqresinə böyük maraq göstərir­lər. Pavilyonda iştirakla bağlı artıq 50-dən çox təşkilatla müqavilə imzalanıb. Hazırda 70-dən çox ölkədən kosmik şirkətlər və nümayəndələr artıq Bakı­da keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak üçün qeydiyyatdan keçiblər. Konqres tarixində bu tədbirin Bakıda keçirilməsi yeni bir səhifədir. “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda baş tutacaq beynəlxalq konqres kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideyalar və qabaqcıl həllərlə bağlı fikir mübadilə­si üçün açıq platforma olacaq. 

Fidan Behbudovanın sözlərinə görə, Beynəlxalq Astronavtika Konqre­si özündə böyük və maraqlı konsepti birləşdirir: həm texniki sessiyalar, həm elmi məqalələr olan hissəsi, üstəlik sərgi pavilyonu. Sərgi pavilyonu biz­nes imkanlara yol açır. Konqresin bö­yük həcmli hissəsini elmi məqalələr təşkil edir. Bu il Bakı Konqresində elmi məqalələrə böyük maraq var. Ümumi­likdə, 95 ölkədən 3 min 600-dək elmi məqalə Bakı Beynəlxalq Astronavtika Konqresinə qəbul olunub. Azərbaycan­dan isə gənc tədqiqatçı və professorla­rın 214 məqaləsi qeydiyyatdan keçib. 

Prezident İlham Əliyev bununla bağ­lı 74-cü Beynəlxalq Astronavtika Konq­resinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Azərbaycan Res­publikasına gələcək əcnəbilər və vətən­daşlığı olmayan şəxslər üçün viza pro­sedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb. 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılışında bir sıra tanınmış insanların, kosmik sahə­də öz fəaliyyəti ilə məşhur insanların iştirakı gözlənilir. Bunlardan biri məşhur yazıçı, tarixçi, professor Yuval Noah Hararidir. 

Könüllülərlə xüsusi hazırlıqlar apa­rıldığını diqqətə çatdıran F.Behbudo­va deyib ki, bu ilin iyun ayında könül­lülərin seçimi aparıldı və müəyyən bir qrup gənc seçilib. Konqres müddətində könüllülər çox dəyərli təcrübə qazana­caqlar. Çünki Beynəlxalq Astronavtika Konqresi 50 ildən sonra yenidən Bakıda keçiriləcək. Paytaxtımız 50 il sonra ye­nidən bu əlamətdar tədbirə evsahibliyi edəcək. 

“Xalq qəzeti”

Son xəbərlər