San-Remo şəhərində ümummilli liderə həsr olunmuş konsert

post-img

İtaliyanın San-Remo şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “O Patro Mia” adlı konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitə­sinin dəstəyi, İtaliyada yaşayan azər­baycanlı bəstəkar Kəmalə Əlizadə və onun həyat yoldaşı, bəstəkar-musiqiçi Stefano Muskaritolonun təşkilatçılı­ğı ilə San-Remo Teatrında baş tutan tədbirdə Korbetta şəhər meri, yerli ic­timaiyyətin tanınmış simaları və KİV nümayəndələri iştirak ediblər.

Konsert öncəsi Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Leyla Həmzəyeva Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu il Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu, vətənimizdə və dünyanın müxtəlif ölkələrində dahi şəxsiyyətə həsr olunmuş tədbirlərin keçirildiyini diqqətə çatdırıb. 

Sonra konsertdə Kəmalə Əliza­də (fortepiano), Stefano Muskaritolo (gitara), Tatyana Anisimova (soprano) və Eduard Lyaşuk (bas) çıxış edərək, Almaniya, Azərbaycan və İtaliyanın məşhur bəstəkarlarının əsərlərini, elə­cə də müəllif bəstələrini, “Ay Laçın”, “Gözəlim sənsən”, “Şuşa üzərində uçmaq” mahnılarını təqdim ediblər. Sənətçiləri maestro Massimo Dal Pra­nın dirijorluğu ilə Bordiqera şəhər Sim­fonik Orkestri müşayiət edib.

Konsertdən sonra Korbetta şəhər meri “Heydər Əliyev İli” çərçivəsində gerçəkləşdirilmiş klassik musiqi gecə­sini yüksək qiymətləndirib.

Son xəbərlər