Tarixi Şəhərlər Liqasının prezidenti Şuşaya qonaq dəvət edildi

post-img

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Yaponiyaya səfəri çərçivəsində avqustun 8-də Kioto şəhərində olub və burada şəhərin meri, eyni zamanda, Tarixi Şəhərlər Liqasının prezidenti Daisaku Kadokava ilə görüşüb.

Görüş zamanı Şuşa şəhərinin Liqa­dakı fəaliyyəti barədə danışılıb, zən­gin tarixə, mədəniyyətə məxsus, Tarixi Şəhərlər Liqasının üzvləri olan Şuşa ilə Kioto arasında münasibətlərin və əmək­daşlığın daha da möhkəmlənməsi is­tiqamətində fikir mübadiləsi aparılıb, tək­liflər irəli sürülüb.

Daisaku Kadokava hazırda Qara­bağda, o cümlədən Şuşada aparılan bərpa-quruculuq işləri barədə məlumatlı olduğunu bildirib, postmünaqişə dövrün­də sülh istiqamətində atılan addımları, əhalinin öz yurd-yuvalarına köçmələri üçün görülən işləri, bərpa-quruculuq la­yihələrini yüksək qiymətləndirib.

Öz növbəsində Aydın Kərimov Da­isaku Kadokavanı Azərbaycana, Şuşa şəhərinə qonaq dəvət edib.

Qeyd edək ki, Azərbaycanın Şuşa şəhəri 2022-ci il noyabrın 14–16-da Cə­nubi Koreyanın Andonq şəhərində baş tutan 18-ci Dünya Konfransı çərçivəsin­də keçirilən Baş Assembleyanın iclasın­da Tarixi Şəhərlər Liqasının üzvlüyünə qəbul olunub.

Son xəbərlər