XİN Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza sadələşdirilməsinə dair məlumat yayıb

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat yayıb. 

Nazirlikdən bildiriblər ki, 74-cü Bey­nəlxalq Astronavtika Konqresi ilə əlaqə­dar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxs­lər 2023-cü il sentyabrın 20-dən oktyab­rın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Viza verilməsi üçün aşağıdakı sənəd­lərdən biri əsas hesab edilir:

1. 74-cü Beynəlxalq Astronavtika Konqresinin beynəlxalq təşkilatçısı olan Beynəlxalq Astronavtika Federasiyasının müvafiq qaydalarına uyğun olaraq elekt­ron qeydiyyat sistemi vasitəsilə qeydiy­yatdan keçməni təsdiq edən sənəd;

2. 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Res­publikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Res­publikasının Kosmik Agentliyi (Azərkos­mos)” publik hüquqi şəxsin rəsmi dəvət məktubu.

Son xəbərlər