Ayxan Hacızadə Litva nazirinə həqiqəti çatdırdı

post-img

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin paylaşımına cavab verib. 

Bu barədə A.Hacızadə “Twitter” he­sabında qeyd edib.

“Cənab nazir Landsbergis, yaxşı olar­dı ki, saxta erməni təbliğatına aldanma­yasınız. Laçın yolu Ermənistan tərəfin­dən son üç il ərzində sui-istifadə edilib. Təəssüf ki, bütün bu illər ərzində Litva susqunluq nümayiş etdirib. Azərbaycan Ermənistanın pisniyyətli əməllərinin qar­şısını almaq məqsədilə Laçın sərhədində yoxlanış məntəqəsi yaradıb və çatdırma­lar üçün Ağdam-Xankəndi yolundan isti­fadə edilməsini təklif edib. Bu arada isə, Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul qərarı Ermənistanın yoxlanış məntəqəsi­nin ləğvi üçün müraciətini yekdilliklə rədd edib. Azərbaycan erməni sakinlərin hər iki istiqamətdə nəqlini asanlaşdırır. Er­mənistanı sülh prosesini baltalamaq ye­rinə daha konstruktiv yanaşma nümayiş etdirməyə çağırmaq daha uyğun olardı.”, - deyə o,əlavə edib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Siyasət