Ermənistanın kvadrokopteri ələ keçirilib

post-img

Avqustun 1-i saat 20:45 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadro­kopteri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən qaldırılaraq Laçın rayonu istiqamə­tində yerləşən Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvad­rokopter xüsusi texniki vasitələrlə endirilərək ələ keçiri­lib.

Son xəbərlər