Diabetli yeniyetmələr İsrailə göndərilib

post-img

Səhiyyə Nazirliyində İsraildə təşkil olunan yay düşərgəsinə yollanacaq şəkərli diabetdən əziyyət çəkən yeniyetmələrlə görüş keçirilib. Tədbirdə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik iştirak edib.

Səmimi şəraitdə keçən söhbətdə səhiyyə naziri Teymur Musayev vur­ğulayıb ki, İsrail nümayəndələri ilə davamlı görüşlər ölkələrimiz arasında əlaqələrin və dostluq münasibətlərinin getdikcə möhkəmlənməsinə töhfələr verəcək. Nazir şəkərli diabet xəstəsi olan uşaq və yeniyetmələr üçün İsra­ildə yay düşərgəsinin təşkil olunması­nı humanizm prinsiplərinə əsaslanan bir addım kimi yüksək qiymətləndirib. T. Musayev Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın uşaqların və yeniyetmələrin sağlamlı­ğının qorunmasına hər zaman xüsusi qayğı ilə yanaşdıqlarını diqqətə çatdı­rıb. Bildirib ki, bu qayğının nəticəsi ola­raq son illərdə uşaqların yüksək stan­dartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi istiqamətində mühüm addımlar atılır.

Yay düşərgəsinə yollanan yeniyet­mələrə yaxşı yol arzulayan Teymur Musayev bu səfərin onların yaddaşla­rında xoş xatirə kimi qalacağını, eyni zamanda, sağlamlıqlarının bərpasında vacib rol oynayacağını bildirib. 

Öz növbəsində İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik Azərbaycanda uşaqlara dövlət tərəfin­dən göstərilən əhatəli qayğını yüksək qiymətləndirib. O, qeyd edib ki, bey­nəlxalq müstəvidə həyata keçirilən bu layihədə iştirak etmək üçün ilk olaraq azərbaycanlı uşaq və yeniyetmələr se­çilib. 

Səmimi qəbula görə minnətdarlığı­nı bildirən yeniyetmələr dövlətin qayğı­sını daim hiss etdiklərini vurğulayıblar. Bildirilib ki, yay düşərgəsi uşaqların səhhətlərinin bərpasına kömək edə­cək.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Son xəbərlər