Emin Hüseynov: Bir daha bildiririk ki, Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır

post-img

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən məlumat verildiyi kimi, Ermənistan tərəfindən nəqliyyat vasitələrini cəmləməklə Laçın dövlət sərhədindən keçid məntəqəsində siyasi manipulyasiya və propaqanda məqsədilə təxribata cəhd göstərilir. Azərbaycan Respublikası tərəfindən müxtəlif səviyyələrdə bəyan edilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər.

Bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E.Hüseynov qeyd edib: “Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başa düşülən deyil. Burada məqsəd siyasi şou və siyasi möhtəkirlikdən başqa bir şey deyil.

Bir daha bildiririk ki, Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır”.

Son xəbərlər