İqtisadi Əməkdaşlıq Təşkilatının Gömrük Xidmətləri Rəhbərləri Şurasının 9-cu iclası

post-img

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gömrük Xidmətləri Rəhbərləri Şurasının 9-cu iclası keçirilib. 

Hibrit formatda keçirilən ic­lasda Azərbaycan, Türkiyə, Qa­zaxıstan, Özbəkistan, Qırğız, Türkmənistan, Pakistan, Tacikis­tan və İran gömrük xidmətlərinin nümayəndələri iştirak edir.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti gene­ral-leytenantı Şahin Bağırov re­gional əməkdaşlığın və tranzitin inkişaf etdirilməsində İƏT-in ro­lundan bəhs edib. Qeyd olunub ki, ölkəmizin Şərq–Qərb, Şimal–Cənub nəqliyyat dəhlizləri üzərin­dəki strateji mövqeyi nəzərə alın­maqla Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat və logistika sahəsində həyata keçirilən irimiq­yaslı layihələr beynəlxalq ticarətin və tranzitin inkişafına münbit şə­rait yaradıb.

İƏT-in Baş katibinin müavini Sayed Mohsen Esperi təşkila­ta üzv ölkələr arasında gömrük sahəsində əməkdaşlığın güclən­dirilməsinin prosedurların rəqəm­sallaşdırılması və asanlaşdırılma­sına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə imkan yara­dacağını diqqətə çatdırıb. Həmçi­nin hüquqpozmalara qarşı müba­rizə, qabaqcıl bilik və təcrübələrin paylaşılması, potensialın güclən­dirilməsi istiqamətində də mühüm nailiyyətlərin əldə olunacağı bildi­rilib.

Sonra Dövlət Gömrük Ko­mitəsinin sədri Şahin Bağırovun sədrlik etdiyi iclasın gündəliyi qə­bul edilib və müzakirələr aparılıb.

Əvvəl İƏT Gömrük xidmətləri rəhbərləri Şurasının 8-ci iclasında qəbul edilən qərarlar müzakirə olunub, hesabatlar dinlənilib.

Daha sonra “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulma­sına dair İqtisadi Əməkdaşlıq Təş­kilatının məlumat bazası Sazişi”, “Gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında Saziş”, “İƏT və ÜGT arasında Memo­randum layihəsi və İƏT Fəaliyyət Planı”, “İƏT Regionunda Elektron Məlumat Mübadiləsi”, “İƏT Regi­onunda Gömrük məsələlərində potensialın gücləndirilməsi” ilə bağlı məsələlər müzakirə olunub.

***

Dünən Dövlət Gömrük Ko­mitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Sayed Mo­hsen Esperi ilə görüşüb. 

İqtisadi Əməkdaşlıq Təşkila­tının gömrük xidmətləri rəhbərləri Şurasının Bakıda keçirilən 9-cu iclası çərçivəsində baş tutan gö­rüşdə regional əməkdaşlıq, bey­nəlxalq tranzitin inkişafı, gömrük xidmətləri arasında əlaqələrin gücləndirilməsinə dair məsələlər müzakirə olunub. Hazırda təşki­lata sədrlik edən Azərbaycan ilə İƏT arasındakı əməkdaşlıqdan məmnunluqla bəhs edilib və ölkə­mizin sədrliyi zamanında mühüm irəliləyişin əldə olunduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin ti­carətin asanlaşdırılması və sürətləndirilməsində gömrük orqanlarının rolundan, gömrük sahəsində elektron məlumat mü­badiləsi, prosedurların rəqəmsal həllər hesabına avtomatlaşdırıl­ması, hüquqpozmalara qarşı mü­barizə istiqamətində vahid mə­lumat bazasının yaradılmasının əhəmiyyətindən bəhs edilib.

“Xalq qəzeti”

Son xəbərlər