Zakir Həsənov “Xəzri dalğası” təlimində

post-img

Xəzər dənizinin Azərbaycana məxsus ərazi sektorunda təlimin gedişatını izləyən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib.

Bu barədə Müdafiə Nazirliyin­dən verilən məlumatda deyilir.

Qeyd edək ki, Müdafiə na­ziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü tədris ilinin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə ”Xəzri dalğası” taktiki tə­limi keçirilir.

İyulun 20-də Müdafiə Nazirli­yinin rəhbər heyəti Xəzərin enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi zamanı döyüş əməliy­yatlarının aparılması üzrə keçi­rilən təlimi izləmək üçün hərbi-də­niz bazasına gəlib.

Təlimə 1500 nəfər şəxsi heyət, HDQ-nin döyüş, təminat, DSX Sahil Mühafizəsinin gözətçi gəmiləri, HHQ-nin helikopterləri, pilotsuz uçuş aparatları və QQ-nin zirehli döyüş maşınları cəlb olunub.

“Xalq qəzeti”

Son xəbərlər