Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində ilin ilk altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Xidmət rəisi general-leytenant İlqar Musayev qurum tərəfindən dövlət orqanlarının xüsusi dövlət rabitəsi, hökumət rabitəsi, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemləri və şəbəkələri ilə təmin edilməsi, onların internet şəbəkəsi ilə əlaqəsi və internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsi, istismarı, təhlükəsizliyi və inkişafı, o cümlədən digər sahələrdə görülən işlər, mövcud nöqsanlar və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.
“Xalq qəzeti”

