Laçın sərhəd nəzarət-buraxılış məntəqəsindən 1 927 nəfər keçib

post-img

Azərbaycanın Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi yaratması bu qanunsuz əməllərə son qoymaq üçün zəruri tədbir idi.

APA xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli Daimi Şurasının icla­sında Ermənistan XİN rəhbərinə cavabında deyib.

“Eyni zamanda, Azərbayca­nın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hər iki is­tiqamətdə şəffaf və nizamlı keçidi üçün müvafiq şərait yaradılıb.

Sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradıldığı tarixdən - aprelin 23-dən indiyədək Ermə­nistan tərəfinin onları bu keçid­dən istifadədən çəkindirmək üçün apardığı cəhdlərə və yalan təb­liğata baxmayaraq, 1 927 nəfər buraxılış məntəqəsindən istifa­də edərək sərhədi keçib”, - səfir qeyd edib.

Son xəbərlər