Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının həkimlərinin həmmüəllif olduqları məqalə nüfuzlu beynəlxalq jurnallarda dərc olunub

post-img

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İsmayıl Əfəndiyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov və Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayevanın digər aparıcı mütəxəssislərlə həmmmüəllif olduğu məqalə Ukraynanın “The Journal of Neuroscience of B.M. Mankovskyi” (“B.M.Mankovski adına Nevrologiya jurnalı”) və Tayvanın “International Journal of Clinical Medicine and Bioengineering” (“Beynəlxalq Klinik Tibb və Biomühəndislik Jurnalı”) adlı nüfuzlu juranallarında dərc olunub. 

Hər iki jurnalda yer almış məqalə COVİD-19 pandemiyası dövründə xəstələrin qan nümunələrinin cins və yaş xüsusiyyətlərinə həsr olunub. Məqalənin adı “COVİD-19” xəstələrinin xəstəxanaya yerləşdirilməsi zamanı qan nümunələrinin cins və yaş xüsusiyyətləridir. 
Araşdırmanın məqsədi COVID-19-a yoluxmuş və xəstəxanaya yerləşdirilmiş insanların xəstəliyin erkən mərhələsində qan profilini araşdırmaqdır. COVID-19 pandemiyası dövründə xəstələrin müayinəsi üçün ən etibarlı laboratoriya məlumatlarının olması çox önəmlidir. Ona görə də lazımi məlumatları əldə etmək üçün COVID-19 olan 332 xəstənin hemoqrammalarının retrospektiv təhlilindən istifadə edilmişdir. 

COVID-19 xəstələrinin qan nümunələrində ən tipik dəyişiklik limfositlərin və eozinofillərin mütləq sayının azalmasıdır ki, bu, daha çox ağır xəstələrdə müşahidə olunur. Qan nümunələrinin kliniki dəyəri xəstələrin cinsindən və yaşından asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir ki, bu da diaqnoz və xəstəliyin gedişatının qiymətləndirilməsi üçün çox vacibdir. Məhz bu parametrlərdən istifadə olunaraq, xəstələrin müalicəsi təyin edilməlidir.





Son xəbərlər