Millimiz ilk dəfə EUROBASKET-in seçmə mərhələ oyunlarında iştirak edəcək

post-img

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2025-ci ildə keçiriləcək Avropa çempionatının (EUROBASKET) seçmə mərhələ oyunlarında iştirak edəcək.

Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verilir ki, bu, ölkəmizin qadın basketbolu tarixində ilkdir.

Yığmamız Beynəlxalq Basketbol Federasiyasının (FIBA) bayrağı altında təşkil olunacaq qitə birinciliyinin seçmə mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin baş tutacağı ölkələrin adları hələlik məlum deyil.

İdman