QMİ sədrindən Ümumdünya Kilsələr Şurasına etiraz məktubu

post-img

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurası (ÜKŞ) Mərkəzi Komitəsinin növbəti iclasının yekun sənədində birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul edilməsi ilə əlaqədar Şuraya etiraz məktubu ünvanlayıb. 

Müraciətin sonunda bil­dirilir: “Bu məktubumuzla rəhbərlik etdiyiniz təşkila­tı həqiqəti müdafiə etməyə və obyektiv bəyanatlar ver­məyə, kövrək sülh şəraitində birtərəfli mövqe tutmamağa, ədalətin yanında olmağa, er­məni tərəfinin qızışdırıcı fəa­liyyətinə dəstək verməməyə çağırırıq. Çünki Vahid Yara­dana və Haqqa xidmət edən din xadimləri, dini təşkilatlar, xüsusilə dini liderlər mü­naqişəyə və qarşıdurmaya deyil, humanizm ideyalarına, sülhə, birgəyaşayışa və qar­şılıqlı anlaşmaya töhfə ver­məlidirlər”.

“Xalq qəzeti”

Son xəbərlər