Sahibkarlara güzəştli kreditlər veriləcək

post-img

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün “Biznesin inkişafı üçün yeni fürsətlər” mövzusunda konfrans keçirilib. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və “Bank Respublika”nın təşkilatçılığı ilə keçirilən toplantıda muxtar respublikada fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib. 

Biznes Mərkəzində keçirilən konf­ransda Naxçıvan Muxtar Respublika­sının iqtisadiyyat naziri Tapdıq Əliyev iştirakçılara Naxçıvanda iqtisadi sahə­də mövcud vəziyyət, bölgənin iqtisadi potensialı, iqtisadi fəaliyyət sahələri üzrə həyata keçirilən tədbirlər və biznes mühiti barədə məlumat verib. O bildirib ki, Naxçıvanda fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərinə və yeni yara­dılacaq bizneslərə çox böyük güzəştlər veriləcək. Ölkədə fəaliyyət göstərən bankların Naxçıvanda filiallarının açıl­ması ilə sahibkarların bank xidmətlə­rinə çıxışı daha da asanlaşacaq. Sahib­karlığın inkişafı üçün güzəştli kreditlərin verilməsi, təşviqat işlərinin aparılması və digər maliyyə dəstəyi tədbirləri hə­yata keçiriləcək.

Sahibkarlığın İnkişafı Fondu idarə heyətinin sədri Osman Xaliyev Naxçı­vanda sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlardan, eləcə də əlçatan və effektiv maliyyələşmə mexa­nizmlərindən söhbət açıb. “Bank Res­publika”nın idarə heyətinin sədri Tariyel İsmayılov bildirib ki, “Bank Respublika” Naxçıvanda real sektorun maliyyələşdi­rilməsində iştirak edən ən aktiv banklar­dan biridir və artıq Naxçıvanda güzəştli kreditlərin verilməsi prosesinə başlayıb.

Sonda kreditin əldə edilməsi ilə bağ­lı sahibkarları maraqlandıran məsələlər müzakirə edilib, onların mövcud mexa­nizmlə bağlı təklifləri öyrənilib.

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Son xəbərlər