Əli Əsədov Tacikistanın iqtisadi inkişaf və ticarət naziri ilə görüşüb

post-img

İyulun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşüb. 

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan Prezidentinin bu ilin aprelində Tacikistana dövlət səfərinin əhəmiyyəti vurğulanıb. 

Tərəflər iki ölkə arasında iqtisadi-ticari, investisiya, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyəti nəzərdən keçiriblər. 

Bakıda Azərbaycan ilə Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyasının 6-cı iclasının keçirilməsinin əhəmiyyəti qeyd edilib.     

Son xəbərlər