Fövqəladə hallar naziri Naxçıvanda qəbul keçirib

post-img

Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasında sakinlərlə görüşüb.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən sakinlərin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

“Xalq qəzeti”

 

Son xəbərlər