Dövlət Departamenti: Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ABŞ-da danışıqlar iyunun 29-dək davam edəcək

post-img

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ABŞ-da danışıqlar iyunun 29-dək davam edəcək.

Trend -in məlumatına görə, bunu brifinq zamanı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Biz danışıqların çərşənbə axşamı başlamasını və bu həftənin cümə axşamına qədər davam edəcəyini gözləyirik. Katib Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək və həftə ərzində daha ətraflı məlumat alacağıq. Biz inanmağa davam edirik ki, sülh əlçatandır və birbaşa dialoq həll olunmamış problemlərin həlli və davamlı və layiqli sülhə nail olmaq üçün açardır”.

Qeyd edək ki, iyunun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın dövlət katibi Entoni Blinkenin dəvəti ilə Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gedib.

Səfər çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə ikitərəfli görüşün, həmçinin "sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş"layihəsi üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun keçirilməsi planlaşdırılır.

Son xəbərlər