Yanğından mühafizə komandalarının təlim-metodiki toplanışı

post-img

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü tədris ilinin planına əsasən, qoşun növlərinin, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə komandalarının rəisləri, həmçinin yan­ğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildirilib ki, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin “N” hərbi hissəsində keçirilən toplanışda yanğın profilaktika işinin təşkili, hərbi his­sənin yanğından mühafizə komandasının vəzifə borcları və hüquqları, yanğından mühafizə komandasının xidməti sənəd­ləri üzrə təkmilləşdirmə məşğələləri təşkil olunub.

Toplanışın keçirilməsində əsas məqsəd yanğından mühafizə komandala­rının rəislərinin bilik səviyyəsini artırmaq, hərbi obyektlərdə baş verə biləcək hər hansı yanğına qarşı praktiki vərdişləri aşı­lamaqdır.

“Xalq qəzeti”

 

Son xəbərlər