“Bayraktar TB2” Ukraynada istehsal olunacaq

post-img

Türkiyənin dünyaca məşhur “Baykar” şirkəti 2025-ci ildə pilotsuz uçan döyüş təyyarələrinin Ukraynada istehsalını planlaşdırır

“Yeni istehsal müəssisəsinin inşası ilə bağlı işlər “Baykar”ın yerli müəssisəsi sayılan, Ukraynanın “Avia vençurs” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Tikinti plana uyğun şəkildə aparılır və yeni istehsal sahəsinin açılışı 2025-ci ildə baş tutmalıdır”. Bu barədə “Baykar” şirkətinin baş direktoru Xaluk Bayraktar Türkiyənin “Yeni Akit” qəzetinə açıqlamasında məlumat verib.  

Pilotsuz uçan döyüş təyyarələri ilə dünyada tanınmış “Baykar” şirkəti bir ildən sonra Ukraynada “Bayraktar TB2” və “Bayraktar Akinci” modellərinin istehsalına başlamağı planlaşdırıb.  

Şirkətinin baş direktoru Xaluk Bayraktar qəzetə verdiyi açıqlamasında onu da qeyd edib ki, bu birgə layihə Ukraynanın apardığı ədalətli müsadiləsində Türkiyənin ona dəstəyi kimi qəbul olunmalıdır.

Birgə layihə ilə bağlı Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnarın bir qədər əvvəl verdiyi məlumatına görə, zavodun tikintisi üç-dörd aya başa çatmalı idi. Amma sonradan cənab səfir hərbi əməliyyatlar səbəbindən zavodla bağlı ilkin planlara müəyyən korrektələrin edildiyini bildirib.  

“Xalq qəzeti”

Son xəbərlər