Göygöl rayonu 2 beynəlxalq sertifikat alıb

post-img

Göygöl Rayon İcra Hakimiyyəti idarəetmə sistemini ISO 9001 və ISO 37001 beynəlxalq standartları üzrə qu­ran və sertifikatlara layiq görülən ilk yerli icra qurumu olub.

Azərbaycan Prezidentinin 2022-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin güclən­dirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 2.11. bəndində ISO 37001 “Antikorrupsiya idarəetmə sistemləri” beynəlxalq standartının tət­biqinin nəzərdən keçirilməsi və bununla bağlı təkliflər verilməsi, bu sahədə qa­baqcıl beynəlxalq təcrübənin, müvafiq standartın tətbiqi imkanlarının öyrənil­məsi, təkliflərin toplanılması, habelə qiy­mətləndirilməsi istiqamətində araşdırma aparılması, nəticədə, “Antikorrupsiya idarəetmə sistemləri”nin qurulmasının təşviqi ilə bağlı aidiyyəti dövlət orqanla­rına tapşırıq verilib. 

Qeyd edilən tədbirin icrası ilə bağlı, eləcə də idarəetmənin səmərəli təşkili, işçilərin peşəkarlığının yüksəldilməsi, keyfiyyətin artırılması, sənədləşmənin düzgün aparılması, daimi təkmilləşmə sisteminin formalaşması, riskin azaldıl­ması, həmçinin stabilliyin yaranması, sə­lahiyyətlərin düzgün bölgüsü və qarşılıqlı əlaqə sisteminin qurulması, resursların səmərəli istifadəsi, vətəndaş məmnun­luğunun artırılması kimi faydaları özündə ehtiva edən, hazırda dünyada ən çox tət­biq edilən ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri–tələblər” beynəlxalq standart­laşdırmanın tələblərinin araşdırılması, öyrənilməsi və tətbiq edilməsi istiqamə­tində Göygöl Rayon İcra Hakimiyyətində işlər uğurla həyata keçirilib. 

Bu münasibətlə Göygöl Rayon İcra Hakimiyyətində görüş keçirilib. İcra ha­kimiyyətinin başçısı Elvin Paşayev ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasın­da respublikamızda aparılan sosial-iqti­sadi islahatlardan, əldə olunan nailiyyət­lərdən danışaraq qurumun fəaliyyətinin ISO 9001 və ISO 37001 beynəlxalq stan­dartlarının tələblərinə uyğunlaşdırılması məqsədilə mərhələli şəkildə həyata ke­çirilən işlərdən danışıb. Rayon rəhbəri qeyd olunan standartların tətbiqinin icra hakimiyyətinin fəaliyyətində idarəetmə­nin effektivliyinin artırılmasına və vətən­daş məmnunluğunun təmin edilməsinə əhəmiyyətli töhfə verəcəyini bildirib. 

Tədbirin sonunda ABŞ-nın “STARE­GISTER” təşkilatının Azərbaycandakı yerli təmsilçisi, İNCERT şirkətinin rəhbəri Şamo Muradov tərəfindən Göygöl Ra­yon İcra Hakimiyyətinə ISO 9001:2015 – “Keyfiyyəti idarəetmə sistemləri” və ISO 37001:2016 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartları üzrə ser­tifikatlar təqdim olunub.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Son xəbərlər