Bakıda yataqxanada yanğın baş verib

post-img

Bakının Yasamal rayonunda yataqxananın binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində yerləşən mətbəxdə baş verib. Yanğın zamanı 52 nəfər xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

"Xalq qəzeti"

Son xəbərlər