CAR prezidenti Kiyevə gəlib

post-img

Cənubi Afrika Respublikasının (Cənubi Afrika) Prezidenti Siril Ramafosa Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gəlib. Bu barədə “Strana.ua” yazır.

Sayt polis tərəfindən bloklanan şəhər mərkəzinin fotolarını yayınlayıb. Artıq bu səbəbdən paytaxtın digər ərazilərində də tıxacların yarandığı iddia edilir.

Ramafosa Rusiya ilə Ukrayna arasında atəşkəs və münaqişənin həlli imkanlarını müzakirə etmək üçün Kiyevə gəlib. Cənubi Afrika prezidenti Zelenski ilə görüşdən sonra Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa gedəcək.

Afrika ölkələrinin başçıları ilə Rusiya prezidentinin görüşü iyunun 17-də baş tutacaq. Ramafosadan başqa oraya Komor adaları, Konqo Respublikası, Uqanda, Seneqal və Zambiyanın liderləri gələcək.

S.ELAY,

"Xalq qəzeti"

Dünya