WP: Ukrayna qışa qədər irəliləyiş əldə etmək lazım olduğuna görə əks-hücumu təxirə sala bilməz

post-img

Ukrayna əks-hücum əməliyyatını təxirə sala bilməz, çünki Kiyev soyuq havaların başlamazdan əvvəl yay-payız dövründə uğur əldə etmək niyyətindədir. Bununla da Ukrayna Qərb müttəfiqlərinə Rusiyaya müqavimət göstərməyə qadir olduğunu göstərmək istəyir. Bu barədə “The Washington Post” (WP) Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Qəzetin həmsöhbətləri qeyd ediblər ki, hücum hərəkətləri çox sayda insan itkisinə və texnikanın itkisinə səbəb olacaq. Vəziyyət, həmçinin Rusiyanın nəzarətində olan ərazilərə daha dərindən zərbələr endirmək üçün hava müdafiəsi və uzaqmənzilli artilleriya üçün Qərb təyyarələrinin olmaması ilə daha da ağırlaşır.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın iyunun 4-dən etibarən əks-hücuma keçməyə çalışdığını iddia edib. İyunun 10-da Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada əks-hücum aksiyalarının keçirildiyini açıqlayıb, lakin onların hansı mərhələdə olduğunu deməyib. V.Zelenski qeyd edib ki, Ukrayna ordusu çox ciddi müqavimətlə qarşılaşır. Lakin onun sözlərinə görə, vəziyyət “ümumiyyətlə müsbətdir”.

S.ELAY,

"Xalq qəzeti"

Dünya