Dünən Qəbələ rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.
Açılış mərasimində iştirak edən Baş prokuror Kamran Əliyev bildirib ki, inzibati binanın istifadəyə verilməsi çox əlamətdar bir dövrə - müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf edir.
Prokurorluq orqanlarının formalaşmasında ümummilli liderin tarixi xidmətlərindən danışan Baş prokuror Azərbaycan prokurorluğunun keçdiyi şərəfli yol və hazırkı fəaliyyəti barədə bəhs edib. O, prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən söz açıb.
Sonra iştirakçılar binada yaradılan şəraitlə tanış olub.