Baş nazir Əli Əsədovun Cevdet Yılmaz ilə telefon danışığı

post-img

İyunun 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, telefon danışığı əs­nasında Baş nazir Ə.Əsədov C.Yılmazı Türkiyənin vitse-prezidenti vəzifəsinə tə­yin edilməsi münasibətilə bir daha təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

İki qardaş ölkə arasında strateji tərəf­daşlıq və müttəfiqlik əlaqələrinin prezi­dentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri ilə bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. 

Türkiyə Prezidentinin Azərbayca­na son səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə daha da möhkəmləndiril­məsi və dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətə hazırlıq ifadə olunub.

Eyni zamanda, Azərbaycan Respubli­kası ilə Türkiyə Respublikası arasında iq­tisadi əməkdaşlıq üzrə Birgə Hökumətlə­rarası Komissiya çərçivəsində görüləcək işlər nəzərdən keçirilib.

Son xəbərlər