Silvio Berluskoni Milanda vəfat edib

post-img

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Milanda vəfat edib. Bu barədə İtaliyanın “Corriere dla Sera” qəzeti məlumat yayıb.

“Silvio Berluskoni Milanda yerləşən San Raffaele xəstəxanasında dünyasını dəyişib. "Forza Italia" lideri və "Mediaset"in yaradıcısının 86 yaşı var idi.

Qəzetin yazdığına görə, Berluskoni 45 gün davam edən uzun müalicədən sonra ötən cümə günü San Raffaeleyə qayıdıb. O, leykoz xəstəliyinin inkişaf etdiyi sətəlcəm səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi.

S.ELAY,

"Xalq qəzeti"

Son xəbərlər