Birinci vitse-prezidentin köməkçisi Şimali Makedoniya rəhbərliyi ilə görüşlər keçirib

post-img

Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində Skopyedə bu ölkənin prezidenti Stevo Pendarovski və parlamentin sədri Tələt Cəfəri ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və Ermənis­tan arasında münaqişədən sonra müna­sibətlərin normallaşmasına yönəlmiş sülh prosesinin hazırkı vəziyyəti və perspektiv­lərinə dair Azərbaycan tərəfinin mövqeyi və qiymətləndirməsi ətraflı şəkildə Şimali Makedoniya rəhbərliyinin diqqətinə çatdı­rılıb.

Rəsmi Skopyenin ATƏT-in sədri kimi Azərbaycanın irəli sürdüyü, həyata keçiril­məsinin bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyinin, sabitliyinin və inkişafına töhfə verəcək sülh gündəliyinə hər cür dəstək verəcəyinə ümid ifadə olunub.

Son xəbərlər