Müdafiə Nazirliyinin məlumatı

post-img

İyunun 8-i saat 11:25-dən 18:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri ordumuzun Füzuli, Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfin­dən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silah­lı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında ordumuzun Ağdam, Füzuli, Xo­cavənd, Xocalı və Şuşa rayonları istiqamət­lərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraş­dırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirə­salınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Son xəbərlər