Əfsanəvi azərbaycanlı Braziliya mətbuatında

post-img

Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi ilə ölkənin paytaxtında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan həqiqətlərinin Brazili­yada təbliğ olunması və məlumatlılığın artırılması üçün daim çalışan Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti Fabiana Cey­hanın dəstəyi ilə 20 nüfuzlu media orqa­nının, o cümlədən “TV Globo”, “Jornal O Globo”, “São Paulo Band”, “Poder 360”, “Jovem Pam”, “Brasilia in Foco”, “Embas­sy News”, “Brazilian News”, “Alo Brasilia”, “Radar digital”, “Portal R10”un təmsilçiləri­nin tədbirdə iştirakı təmin edilib.

Səfiri Rəşad Novruz ümummilli liderin zəngin və çoxşaxəli irsi barədə məlumat verib. Görüşdə əfsanəvi azərbaycanlıya həsr olunmuş videogörüntülər nümayiş etdirilib, onun həyatını və siyasi fəaliyyə­tini əks etdirən fotoşəkillər sərgilənib.

Tədbirdən sonra Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar yerli TV-lərdə süjetlər yayımlanıb, KİV-də məqalələr dərc olunub.

“Xalq qəzeti”

Son xəbərlər