İordaniyada Heydər Əliyevə həsr olunmuş poçt markalarının sərgisi olacaq

post-img

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyi və İordaniya Dövlət Poçt Departamentinin birgə təşkilatçılığı ilə paytaxt Əmman şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Azərbaycan–İordaniya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə həsr olunmuş “Azərbaycanın poçt markaları” adlı sərgi keçiriləcək. Açılış mərasimi iyunun 13-də İordaniya Poçt muzeyində olacaq. 

İyunun 21-dək davam edəcək sərgidə Azərbaycanın sovet dövründə və müstəqillik illərində nailiyyətlərini əks et­dirən, həmçinin görkəmli şəx­siyyətlərə həsr olunmuş poçt markaları nümayiş etdiriləcək.

Sərgi haqqında anons materialı İordaniyanın “Petra” rəsmi informasiya agentliyi, müxtəlif qəzet və saytlarda dərc olunub.

“Xalq qəzeti”

Son xəbərlər