Los-Ancelesdə yubiley mərasimi

post-img

Azərbaycanın Müstəqillik Günü və ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi Los-Ancelesdə təntənəli şəkildə qeyd olunub.

Tədbirdə ABŞ siyasi xadimləri, Dövlət Departamentinin və Los-Ance­les Vilayətinin rəsmiləri, müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri, həmçi­nin dost türk, yəhudi, Pakistan və digər icmaların rəhbərləri iştirak ediblər.

Azərbaycanın baş konsulu Ramil Qurbanov Azərbaycan tarixində ol­duqca əlamətdar olan iki hadisə, ilk respublikamızın yaranması, nailiyyət­ləri və ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın dövlət quruculu­ğunda rolu haqqında məlumat verib. 

Sonra çıxış edən Los-Anceles Kon­sulluq Korpusunun duayeni Kosmin Dimitresku (Cosmin Dimitrescu), kon­sulluq korpusu adından bütün azərbay­canlıları Müstəqillik Günü və ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbrik edib. 

Tədbirdə, həmçinin Heydər Əliyevinhəyatı ilə bağlı film təqdim edilib və şə­killərdən ibarət sərgi təşkil olunub.

Son xəbərlər