Ulu öndərin vətənində unudulmaz görüşlər

post-img

Ölkəmizdə “2023 – Heydər Əliyev İli” çərçivəsində ümummilli liderin anadan olmasının 100 illiyi ilə bağlı onun vətəni Naxçıvanda keçirilən silsilə tədbirlərdə paytaxtdan getmiş ziyalı qrupları da fəal iştirak edir. Ölkənin tanınmış alim, pedaqoq və yaradıcı adamlarının qədim diyarda olması yubiley mərasimlərinə yüksək təntənə gətirir, müxtəlif görüşlərə və səmimi təmaslara da səbəb olur.

Tanınmış dilçi alim və şairə, Azər­baycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı muxtar respublikaya budəfəki gəlişi zamanı Naxçıvan Döv­lət Universitetində keçirilən yubiley mərasimində və elmi konfransda ulu öndərin liderlik fəaliyyətində önəmli yer tutan ana dili siyasəti barədə mə­ruzələrlə çıxış etdi, bu mövzuda yeni çapdan çıxmış kitabını iştirakçılara və tələbələrə hədiyyə etdi.

Sonrakı gün Naxçıvan Dövlət Uni­versitetində keçirilən, 15 ölkədən 300-dən çox məruzəçinin iştirak etdiyi I Beynəlxalq İpək yolu konfransında isə çalışdığı ADPU-nun heyətinə rəhbərlik edən professor Mahirə Nağıqızı ulu ön­dər Heydər Əliyevin türk dünyası qarşı­sında tarixi xidmətlərindən, dostluq və əməkdaşlıq çərçivəsində türk dünyası ilə bağlı tədbirlərin, eyni zamanda, ta­rixi İpək yolunun canlandırılmasına dair müxtəlif layihələrin həyata keçiril­məsinin vacibliyini vurğuladı.

Muxtar respublikanın təhsil ocaqla­rı, xüsusən ali məktəbləri ilə sıx əlaqə saxlayan Mahirə xanımın NDU-da ol­ması fürsətini qaçırmayan tələbələr Azərbaycan dilinin cəfakeş tədqiqat­çısı, Prezident təqaüdçüsü, populyar şeirlər və bir sıra mahnı mətnlərinin müəllifi ilə səmimi görüş də keçirdilər.

Görüşdə NDU-nun kollektivindən əlavə, AMEA Naxçıvan bölməsi və Azərbaycan Yazıçılar Birliyi Naxçıvan şöbəsinin təmsilçiləri, şəhərdə təhsil alan digər tələbələr, eləcə də ictima­iyyət nümayəndələri də iştirak edirdi. Məclisi giriş sözü ilə açan NDU-nun rektoru, dosent Elbrus İsayev Mahirə Nağıqızının elmi və bədii yaradıcılığı, ölkə və xarici təhsil layihələrində fəal iştirakı haqqında danışdı.

Tarix-filologiya fakültəsinin dekanı, dosent Arif Ağalarov Mahirə Nağıqızı yaradıcılığı haqqında geniş məruzə etdi. NDU-nun dosenti Xanəli Kərimov, AMEA-nın aparıcı elmi işçisi Ramiz Qa­sımov, AMEA Naxçıvan bölməsi Dilçilik İnstitutunun direktor müavini, dosent Elxan Yurdoğlu, Naxçıvan Müəllimlər İnstitutunun dil və ədəbiyyat kafedra­sının müdiri, dosent Həsənəli Eyvazov, dosent Ruhəngiz Əliyeva Mahirə Na­ğıqızının elmi və bədii yaradıcılığının ali məktəb üçün önəmli tərəflərindən, tələbələr üçün elmi və estetik dəyərin­dən söz açdılar.

NDU-da Mahirə Nağıqızının söz­lərinə bəstələnmiş mahnılardan ibarət “Qarabağ Azərbaycandır” adlı konsert də keçirildi. “Azərbaycan”, “Vətən”, “Qarabağım güləcək”, “Qarabağ Azər­baycandır”, “Könlümdə biri var”, “Göz­lərimin etibarı çox imiş”, “Dönüm başı­na dolanım”, “Gözəl”, “Yar” mahnıları tamaşaçılarda yüksək əhval yaratdı, alqışlarla qarşılandı.

Səfər zamanı Mahirə Nağıqızı AMEA Naxçıvan Bölməsinin nailiyyət­ləri ilə də tanış oldu. Burada keçirilən görüşdə bölmənin sədri, akademik İs­mayıl Hacıyev və digər çıxış edənlər fəxri qonağın elmi və bədii yaradıcılı­ğına, geniş ictimai fəaliyyətinə nəzər saldılar, alimə daha böyük yaradıcılıq uğurları arzuladılar.

Sonda Mahirə Nağıqızı göstərilən diqqətə və xoş sözlərə görə minnət­darlığını bildirdi, ulu öndərin vətənində keçən günlərin, yubiley tədbirlərinin, elmi məclislərin və görüşlərin onda unudulmaz təəssürat yaratdığını, mux­tar respublikaya sevgisini daha da ar­tırdığını söylədi.

Gülşən BEHBUD,
“Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri



Sosial həyat