Macarıstanın müdafiə naziri ölkəmizdə

post-img

Dünən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

General-polkovnik Z.Həsənov macarıstanlı həmkarını Azər­baycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Er­mənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandı­rıb. Qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə La­çın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulduğunu diqqətə çatdırıb.

K.Szalay-Bobrovnicski ölkəsinin Azərbaycanın ərazi bütöv­lüyünü tanıdığını və strateji tərəfdaşlığa əsaslanan Azərbay­can-Macarıstan ikitərəfli münasibətlərinin bir çox sahədə, o cüm­lədən hərbi sahədə də uğurla inkişaf etdiyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında hərbi, hər­bi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilmə­si, təcrübə mübadiləsinin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Son xəbərlər